Yan
2020
14:49
157
389
16318
Virtual karabakh

Kamil Zeynallı: Şərəfsizlik etdikləri üçün onları rüsvay etdim - VİDEO

9 Yan, 2020
14:49
16318

Kamil Zeynallı: Şərəfsizlik etdikləri üçün onları rüsvay etdim - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər məşhur idmançı Kamil Zeynallıya qarşı “Facebook” sosial şəbəkəsində tənqid və təhqirlərlə dolu kampaniyalar başlayıb. Kamil izləyicilərin neqativ dolu rəylərindən təngə gələrək, onların “Facebook”dakı profillərini “screen” edib, şəxsi “Instagram” hesabında paylaşıb.

Zeynallını Çin səfərində müxtəlif həşəratlardan tutmuş nəhəng “kobra” ilanı ilə timsah yediyinə görə gözümçıxdıya salan izləyiciləri məşhur idmançı asıb-kəsib.

Qalmaqallı məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxarmaq üçün Oxu.Az-ın əməkdaşı Kamil Zeynallı ilə əlaqə yaradıb. O, başına gələn bu hadisədən qəzəbləndiyini bildirib, sosial şəbəkə izləyicilərinə saytımız vasitəsi ilə sonuncu dəfə xəbərdarlıq yollayıb.

“Məni tanımadan haqqımda bu cür xoşagəlməz şərhlər yazan klaviatura arxasında oturanların nə mənliyi, nə də şərəfi var. Hamı bilir ki, Çinə səfər etdim. Orada bir çox sürünənlərin, eləcə də “kobra” ilanı ilə timsah ətinin dadına baxdım. Həmin anları “Instagram” səhifəmdə paylaşdım.

Bunlar isə mənim “Facebook”da olmamağımdan istifadə edərək, orada həmin videolarımı paylaşıb, haqqımda ağıllarına və ağızlarına gələni yazıblar. Söyüşlərin ardı-sırası yoxdur. Bir çox izləyicilər isə heç Azərbaycanda yaşamırlar. Yaşlısından tutmuş cavanına kimi, utanmırlar, abırsızlıq edirlər. Haqqımda nalayiq fikirlər səsləndirənlərin “dərsi”ni vermək üçün bir-bir profillərini “Instagram”ımın “Hekayə” bölümündə paylaşdım.

Mənə qarşı olan bu qədər aqressiyanın səbəbi paxıllıqdır, gözləri götürmür. Bu kimi şəxslər yaşayışını düzgün şəkildə yaşaya bilməyənlərdir. Aciz şəxslərdir. Xoşuna gəlmir, baxma. Nə vacibdir baxıb, içindəki o çirkabı çölə tökmək? Vicdanları, kişilikləri və qadınlıqları çatsaydı klaviatura arxasında deyil, realda üzümə deyərdilər. Şərəfsizlik etdikləri üçün mən də onları paylaşıb rüsvay, biabır etdim. Qoy onların yaxınları, qohum-əqrəbası kim olduqlarını tanısın”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

#china #pekin 🇨🇳

Публикация от Kamil Zeynalli (@kamilzeynalli) 

“Paylaşımlarım ilə məni qorxudanlar da var. Yazırlar ki, bu paylaşımlarına görə səni polisə və məhkəməyə verəcəyik”,- K.Zeynallı əsəblərini cilovlayaraq, fikirlərini bu cür davam etdi:

“Ay alçaq, birinci mən səni söymüşəm, yoxsa sən məni?” Mənə yazılan bütün təhqir və hədə dolu mesajları “screen” edib özümdə saxlamışam amma paylaşmamışam. Gözləyirəm ki, onlardan biri məni şikayət eləsin. Mən də gedib onlarla realda görüşüb, vurmaqdan da betər, iki kəlmə söz deyim. Mənim heç kimlə işim yoxdur.

Başımı salmışam aşağı öz işim və ailəmlə məşğulam. Namusum və şərəfimlə yaşayan bir insanam. İlişməyə adam tapmadınız? Amma sizin sayt vasitəsi ilə onlara sonuncu dəfə xəbərdarlıq edirəm. Qadınları qoyaq bir kənara, namuslu və qeyrətli oğlan heç kimi bu dərəcədə təhqir etməz”.

İdmançı sosial şəbəkə istifadəçilərini məhkəməyə verməyəcəyini, onlarla şəxsən özü “kişi” kimi mübarizə aparacağını dilə gətirdi:

“Mən kişiyəm, sözümü də kişi kimi deyirəm. Məhkəməyə müraciət etmək kimi şeylər mənlik deyil. Timsahı kəsib yemişəm, əcəb eləmişəm. Sizə nə var? Sənin qohumlarının başını kəsdirib yeməmişəm ki? Bu mənim şəxsi işimdir”.

Məşhur son günlər yaşadığı neqativ dolu hadisələri bir kənara qoyub, redaksiyamızın əməkdaşı ilə söhbətində Çin səfərində yaddaşına həkk olunan maraqlı hadisələrdən danışdı:

“Çin səfərim əla keçdi. Çox bəyəndim. Urumçi türkləri ilə görüşdüm. Onlarla yaxından ünsiyyət qurdum. Hamı ilə yaxşı münasibət qurdum. Gözəl ölkədir, eyni zamanda möhtəşəm təbiəti var. Zəhərli “kobra” ilanını kəsdirib, kabab edib yedim.

İki metrilik 60 kiloluq timsahı qucağıma aldım. Mənə güc gəlməyə başladı, amma alınmadı. Onun da ətinin dadına baxdım. Bununla yanaşı, tısbağa və qurbağa ətinin də dadına baxdım. Qiymətləri çox bahalı deyildi. Əlçatan idi. Kobranın başını kəsib, ürəyini çiy-çiy yedim. Maraqlı dadı var idi. Dünyanın ən hündür şüşəli körpüsünə qalxdım”.

 

Öncə Hindistanı, daha sonra Çini qarış-qarış gəzib, oranın mədəniyyəti və insanları ilə maraqlanan Kamil Zeynallı yaxın aylarda Afrika ilə Amerikaya gedəcəyini bildirdi:

“Afrika və Amerikaya getməyi planlaşdırıram. Afrikaya gedib, kasıbçılıq içində yaşayan insanların həyat tərzinə baxmaq istəyirəm. Orada onlara yardım edəcəyəm. Yardımı da lentə alaraq paylaşacağam ki, bəzi insanların ürəyinə mərhəmət dolsun. Onlar da yardımlarını əsirgəməsinlər. Mən onsuz da Bakıda hamıya yardım edirəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri