11 
Mar
2020
12:58
290
119
16936
Virtual karabakh

Murad Dadaşov məşhur aparıcıya tapşırıq verdi

11 Mar, 2020
12:58
16936

Murad Dadaşov məşhur aparıcıya tapşırıq verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Zaur Kamal "Xəzər" TV-yə rəhbər seçilən Murad Dadaşov barədə danışıb.

Lent.az-ın məlumatına görə, aparıcı “5/5” verilişində bildirib ki, M.Dadaşov ona verilişi ilə bağlı bir neçə tapşırıq verib:

“Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə söylədi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin. Verilişiniz saat 19:00-dan 21:00-a qədər yayımlanır. Elə vaxtdır ki, baxımlı saatdır. Hamı işdən yorğun gəlir. Elə qonaqlar dəvət et ki, tamaşaçılar baxıb zövq alsın”.

Qeyd edək ki, M.Dadaşov "Xəzər" TV-yə rəhbər seçiləndən sonra prodüser Tolikin aparıcılıq etdiyi “Hər şey daxil” verilişini bağlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri