12 
Mar
2020
10:07
152
29
1806
Virtual karabakh

Rusiyanın Əməkdar artistinin Bakı konsertinin vaxtı dəyişdirildi

12 Mar, 2020
10:07
1806

Rusiyanın Əməkdar artistinin Bakı konsertinin vaxtı dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Əməkdar artisti Kristina Orbakaytenin aprelin 15-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti oktyabrın 14-nə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təşkilatçılar bu qərarı koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlərə uyğun olaraq verib.

Konsertlərə alınmış biletlərlə bağlı “iTicket.az”ın Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı satış məntəqələri, həmçinin 2 saylı köşkü ilə əlaqə saxlayıb məlumat almaq olar.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırıb. Vətəndaşlara adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri