20 
May
2020
11:08
30
232
1950
Virtual karabakh

Niyam Salami: “Karantin dövründə bank kartımdakı pulları sağa-sola xərclədim”

20 May, 2020
11:08
1950

Niyam Salami: “Karantin dövründə bank kartımdakı pulları sağa-sola xərclədim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Karantin dövründə bank kartımdaki pulları sağa-sola xərclədim”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami “Xəzər” telekanalında yayımlanan “Şən Bazar” səhər şousunda qonaq olarkən deyib. 

Sənətçi karantinə tədarük görmədiyindən, pulsuz qaldığını etiraf edib:

“Heç kim yatıb yuxusunda görə bilməzdi ki, başımıza belə hadisələr gələcək. İki ay “Məhərrəmlik” olur. Biz müğənnilər o aylarda çalışmırıq. Bunu əvvəldən bildiyimiz üçün öncədən tədarükümüzü görürük. Toy sahibləri isə behin hamısını birdən vermirlər. Vəziyyət qəliz idi.

Bir çox mahnılarımın da behini vermişdim.

Yaşadığım bağ evinin ikinci mərtəbəsinin təmiri 40 ildir ki, bitmək bilmir. Çünki təmiri özüm edirəm. Ustaya müraciət etsəm, 15 günə təmir edib, təhvil verər. Öz əlimin işidir deyə, asta-asta işləyirəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri