16 
İyn
2020
10:58
150
284
7695
Virtual karabakh

Kamil Zeynallının azyaşlı qızı sükan arxasına keçdi, yol hərəkəti qaydaları pozuldu - VİDEO

16 İyn, 2020
10:58
7695

Kamil Zeynallının azyaşlı qızı sükan arxasına keçdi, yol hərəkəti qaydaları pozuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur fitnes məşqçisi Kamil Zeynallı səkkiz yaşlı qızı Sahilə ilə birlikdə xüsusi karantin rejimi günlərini əyləncəli keçirmək üçün respublikanın rayonlarından birinə üz tutub.

Oxu.Az xəbər verir ki, qızının “avtoşluq sevdası”nı həyata keçirmək üçün məşqçi onunla birgə idman avtomobilinə əyləşib.

Sükanı qızına həvalə edən Kamil övladının yanında əyləşib. Məşhur bloqer həmin anları telefonunun yaddaşına həkk edərək, sosial media hesabında paylaşıb.

“İndi anamın sözlərini yaxşı başa düşürəm. Hər zaman deyir ki, oğlum, yavaş sür. Qızım avtomobili sürəndə o hissləri mən keçirdim. Avtoş qızım Sahilə”.

Qeyd edək ki, 18 yaşına çatmamış və sürücülük vəsiqəsi olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsi qanunla qadağandır. Paylaşılan videogörüntülərdə yol hərəkəti qaydaları kobud şəkildə pozulur.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri