28 
İyl
2020
10:58
74
32
4641
Virtual karabakh

Baş rol ifaçıları arasında münaqişə məşhur filmin çəkilişlərinə mane oldu - FOTO

28 İyl, 2020
10:58
4641

Baş rol ifaçıları arasında münaqişə məşhur filmin çəkilişlərinə mane oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur Hollivud ulduzları Şarliz Teron və Tom Hardi arasında münaqişə “Mad Max” filminin çəkilişlərinə mane olub.

“Metro”nun məlumatına görə, bu barədə kaskadyor və dublyor Deyna Qrant danışıb.

Onun sözlərinə görə, aktyorlar arasında fikir ayrılığı film üzərində işi çətinləşdirib:

“Onlar bir yerdə işləmək istəmirdilər. Buna görə mən Tomla, Tomun dublyoru isə Şarlizlə işləyirdi”.

O, gərginliyin çəkilişlərin elə ilk günündən hiss olunduğunu vurğulayıb:

“Bizə nə baş verdiyini, nə etməli olduğumuzu anlatdılar. Ancaq bu, çətin idi. Çünki, adətən, hamı bir qrup şəklində işləyir, bu dəfə isə biz bölünmüşdük”.

Bundan əvvəl “Mad Max” filminin prikvelində Şarliz Teronun rolunu daha gənc aktrisaya verildiyi məlum olmuşdu. Aktrisa bu xəbəri qəbul etməyin ağır olmasına baxmayaraq, rejissor Corc Millerin seçiminə hörmətlə yanaşdığını demişdi.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri