12 
Sen
2013
12:00
19
65
8421
Virtual karabakh

Azərbaycanın daha bir ulduz cütlüyü ayrılır

12 Sen, 2013
12:00
8421

Azərbaycanın daha bir ulduz cütlüyü ayrılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lalə Məmmədovanın boşanması ilə bağlı xəbərləri həyat yoldaşı da təsdiqləyib.

Bu günə kimi susqunluğunu qoruyan müğənni Lalə Məmmədova “Lider” telekanalında yayımlanan “Pərdə” verilişinə açıqlamasında boşanmasından danışıb.

Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, əməkdar artist hazırda rəsmən ayrılmadıqlarını və bu prosesin bir müddət uzadılacağını deyib:

“Əgər boşanmış olsaydım sənədləri gətirib göstərərdim. Hazırda istəsəm də, boşana bilmərəm. Çünki bətnimdə övladım var, ikinci dəfə ana olacam. Bu haqda söz-söhbətlər gedir, amma rəsmən ayrılmamışıq.

Biz insanlar heç bir şeydən sığortalanmamışıq. Övladım dünyaya gəldikdən sonra məsələ aydınlaşacaq. Amma mənim üçün hər şey artıq müəyyən olunub, sadəcə bu haqda danışmaq istəmirəm”.

Qeyd edək ki, Lalə Məmmədovanın həyat yoldaşı İlham bəy məsələylə bağlı mediaya bu açıqlamanı verib:

“Bu haqda çox danışmaq istəmirəm. Bircə cümlə ilə cavab verəcəyəm. Mənim sevdiyim bir ifadə var – Allah heç kimin ağlını başından almasın. Səbəb nə ola bilər?! Təbii ki, şou biznes və Lalənin ətrafında olan şou-biznes nümayəndələri. Amma hələ qəti qərar verilməyib. Boşanmaq üçün rəsmi ərizə ilə məhkəməyə müraciət etməmişəm. Lalə ana olmağa hazırlaşır. Belə bir həssas dönəmdə onu incitmək istəmirəm. İnşallah Yeni il ərəfəsində övladımızı dünyaya gətirəcək. Ondan sonra baxarıq. Kim bilir, bəlkə barışdıq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri