21 
Dek
2020
22:19
660
99
10338
Virtual karabakh

Türkiyəli aktrisa “Top Beauty World 2020”nin birincisi seçildi - FOTO

21 Dek, 2020
22:19
10338

Türkiyəli aktrisa “Top Beauty World 2020”nin birincisi seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Los Angeles Cosmetic” Cərrahiyyə Klinikasının üç plastik cərrahı “Top Beauty World” adı ilə altı ildir dünyanın ən gözəl 100 qadınını seçirlər.

“Haber Global” məlumat verir ki, bu dəfə onların siyahısına türkiyəli aktrisa Hande Erçel də daxil olub.

Türkiyədə böyük pərəstişkar kütləsinə sahib olan Erçel “Top Beauty World 2020”nin 100 ən gözəl qadını sıralamasında birinci seçilib.

Ondan sonrakı yerləri Dipika Padukon, Barbara Palvin, Am Yuna, Lesti Kejora, Aleksandra Daddario, Emilia Klark, Çou Tzuyu, XuJiaq Kiki və Aişvarya Ray Baççan paylaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri