22 
Mar
2021
01:01
170
65
4608
Virtual karabakh

Dünya şöhrətli azərbaycanlı dizaynerin yeni kolleksiyası xarici ulduzların da diqqətini çəkib - FOTO

22 Mar, 2021
01:01
4608

Dünya şöhrətli azərbaycanlı dizaynerin yeni kolleksiyası xarici ulduzların da diqqətini çəkib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl VARIETY (“Müxtəliflik”) adlı yeni payız-qış 2021 kolleksiyasını təqdim edib.

Bu barədə “Sputnik Azərbaycan” məlumat yayıb.

Təqdim olunan geyimlər yalnız yerli deyil, xarici ulduzların da diqqətini çəkib. Yeni gecə geyimlərini dizayn edən İsmayıl parlaq rənglərdən - mavi, sarı, açıq yaşıl, bənövşəyi və qırmızıdan istifadə edib. Dizayner bu paltarlarda istənilən qadının diqqəti cəlb edəcəyinə və hər bir mərasimin kraliçası olacağına inanır.

Uzun müddətdir Rüfət İsmayılla əməkdaşlıq edən Azərbaycanın xalq artisti Aygün Kazımova yeni kolleksiyanın ilk müştərilərindəndir. Bundan başqa, bir çox xarici ulduzlar da dizaynerə müraciət edib.

Qeyd edək ki, Rüfət İsmayıl “Affair” markasının yaradıcısıdır. Onun təqdimatları Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, geyimlərinə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri