23 
May
2021
02:50
366
512
26232
Virtual karabakh

“Avroviziya-2021”in qalibi İtaliya oldu - VİDEO

23 May, 2021
02:50
26232

“Avroviziya-2021”in qalibi İtaliya oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın Rotterdam şəhərində “Ahoy” arenasında keçirilən “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin finalında bütün iştirakçıların çıxışları yekunlaşıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.

Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino ifaçılarının final çıxışlarından sonra səsvermə başlayıb.

Ən çox – 524 xal toplayan İtaliya “Avroviziya-2021”in qalibi olub.

İkinci yeri Fransa təmsilçisi tutub – 499 xal.  

İlk üçlüyü isə 432 xalla İsveçrə qapayıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi isə 65 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri