26 
İyl
2021
21:42
466
45
8963
Virtual karabakh

MakSim komadan ayıldı

26 İyl, 2021
21:42
8963

MakSim komadan ayıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı məşhur müğənni MakSim (Marina Abrosimova) komadan ayılıb.

Bu barədə “Mash” “Telegram”kanalı məlumat yayıb.

Həkimlər iyunun 19-dan sünü koma vəziyyətində olan müğənninin sərbəst nəfəs alıb-almamasını müəyyənləşdirmək üçün sedativ preparatların yükünü azaltmaq və onu medikamentoz yuxudan oyatmaq qərarına gəliblər.

38 yaşlı müğənni süni tənəffüs aparatına qoşulub.

Onun vəziyyəti stabil ağır olaraq qalır. Həkimlər ümid edirlər ki, MakSim tezliklə sərbəst nəfəs ala biləcək.

Xatırladaq ki, MakSim ağciyərlərin 40 faiz zədələnməsi diaqnozu ilə iyunun 17-də xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri