19 
Fev
2022
02:46
57
141
2624
Virtual karabakh

Bred Pitt Ancelina Colini məhkəməyə verdi: Ortaq mülklərini rusiyalıya satıb

19 Fev, 2022
02:46
2624

Bred Pitt Ancelina Colini məhkəməyə verdi: Ortaq mülklərini rusiyalıya satıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bred Pitt şərab zavodunun payını rusiyalı iş adamına satdığı üçün Colini məhkəməyə verir.

Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı aktrisa və rejissor Ancelina Colini məhkəməyə verib.

O, Colini ortaq şərabçılıq təsərrüfatının payını gizli şəkildə rusiyalı iş adamına satmaqda ittiham edib.

Yeni məhkəmə prosesi uzun sürən boşanma prosesinin bir hissəsi olacaq.

Məlumata görə, cütlük 2008-ci ildə Fransadakı Şato Miraval (Miraval Chateau) mülkünü alıb. Ərazidə təxminən 60 hektar sahədə üzüm bağları var.

Pittin dediyinə görə, keçmiş həyat yoldaşı kimi, o da şərab zavoduna külli miqdarda pul yatırıb. Lakin Pittin sözlərinə görə, şərab zavodunun uğur qazanması məhz onun əməyi sayəsində olub.

Sentyabr ayında o, alıcının namizədliyini şəxsən təsdiqləmək şərti ilə Coliyə payını satmağa icazə verib. Lakin oktyabr ayında o, “Tenute del Mondo” adlı şirkətin (rusiyalı iş adamı Yuri Şeflerə məxsus “Stoli Group”un törəmə şirkəti) Colinin şərab zavodundaki payını aldığını öyrəndi. Aktyor bunun ondan xəbərsiz baş verdiyini deyir.

Sənətçi sövdələşməni ləğv etməyi və dəymiş ziyana görə təzminat tələb edir.

Qeyd edək ki, Bred Pitt 10 illik münasibətdən sonra 2016-cı ildə Ancelina Coli ilə boşanıb.

Mənbə: TMZ

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri