16 
İyn
2022
07:33
66
32
1865
Virtual karabakh

Cennifer Eniston ikiüzlülükdə günahlandırıldı

16 İyn, 2022
07:33
1865

Cennifer Eniston ikiüzlülükdə günahlandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı məşhur aktrisa Cennifer Eniston həmkarı Sebastian Stan ilə söhbətindən sonra ikiüzlülükdə ittiham edilib.

O, bildirib ki, bir çox müasir ulduzlar istedadları və əməyi sayəsində deyil, internet sayəsində uğur qazanıblar.

“İndi daha çox axın xidmətləri var – siz “TikTok”dan tanınırsınız, “YouTube”dan tanınırsınız, “Instagram”dan tanınırsınız. Bu, aktyorun işini zəiflədir”, - deyə Eniston şikayətlənib.

Aktrisa bir çox həmkarlarının yalnız internet sayəsində karyeralarında uğur qazanmasından da təəssüflənib. Onun fikrincə, bəzi həmkarları heç bir səy göstərməyiblər. Sosial şəbəkə iştirakçıları Enistonu bu mövqeyə görə tənqid edərək, onun özünün məşhur sənətçilər ailəsində böyüdüyünü xatırladıblar ki, hansı ki, onun şöhrət yolunu müəyyən qədər asanlaşdırıb. Digər şərhçilər aktrisanın ən böyük populyarlığı Hollivud ulduzu Bred Pittlə evləndikdən sonra qazandığını qeyd ediblər.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri