18 
İyn
2022
09:48
117
52
4415
Virtual karabakh

ABŞ-da yaşayan azərbaycanlı müğənninin qeyri-adi ad günü sərgüzəşti - FOTO

18 İyn, 2022
09:48
4415

ABŞ-da yaşayan azərbaycanlı müğənninin qeyri-adi ad günü sərgüzəşti - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1990-ci illərin sonu, 2000-ci illərin əvvəlində “Sev” adlı hiti ilə məşhurlaşan, daha sonra sənətdən gedən və hazırda ABŞ-da yaşayan müğənni Şeyla ad gününü fərqli qeyd edib.

Bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.

Müğənni bildirib ki, hər il ad günündə müxtəlif sərgüzəştlər edir. Bu ilsə o, helikopterlə qısa səyahət edib.

Şeyla paylaşımında bildirir: 

“Yaxınlarım artıq bilirlər ki, hər il öz ad günümdə mən hər növ müxtəlif sərgüzəştə əl atıram. Ona görə ki, sonda həyatda bizə qalan yalnız təcrübə və xatirələrimizdir. Təcrübələrimiz maddi sərvətlərimizdən daha çox, bizim bir hissəmizdir. Siz maddi şeylərinizi həqiqətən bəyənə bilərsiniz. Hətta şəxsiyyətinizin bir hissəsinin bu şeylərlə əlaqəli olduğunu düşünə bilərsiniz, lakin buna baxmayaraq, onlar sizdən ayrı qalırlar. Bunun əksinə olaraq, təcrübələriniz, həqiqətən, sizin bir parçanızdır. 

Uzun illər ərzində özümü müxtəlif sərgüzəştlərdə sınayıb, yenə də səmaya/uçuşa olan həvəsimə sadiq olmuşam. Kim bilir, bəlkə, nə vaxtsa mənə kosmik gəmidə kainata uçmaq nəsib olar”.

Şeylanın ad günlərindən fotoları təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri