20 
İyl
2022
15:00
31
233
2617
Virtual karabakh

Bred Pitt qırmızı xalçaya ətəkdə çıxdı - VİDEO

20 İyl, 2022
15:00
2617

Bred Pitt qırmızı xalçaya ətəkdə çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur Hollivud aktyoru Bred Pitt “Güllədən sürətli” adlı yeni filminin Berlində keçirilən qalasına ətəkdə gəlib.

Bu barədə “Starhit” məlumat verib.

Məlumata görə, Amerika kinosunun ulduzunun istidən xilas olmaq səbəbilə bu addımı atdığı ehtimal olunur. Belə ki, həmin ərəfədə Almaniya paytaxtında havanın temperaturu təxminən 35 dərəcə olub.

Bəzi pərəstişkarları bu yanaşmanı yüksək qiymətləndirsə də, bəziləri yaxşı qarşılamayıb.

“Bircə o yox! Bunu hər kəs edə bilər, amma bircə o deyil”, “Ondansa elə ətəksiz gələrdi, bomj görkəmində gələrdi” kimi ifadələrlə internet istifadəçiləri gördüklərinə reaksiya verib.

Bir müddət sonra Pitt başqa obrazda, aktyorun bədən cizgilərini vurğulayan boz rəngdə kostyumla izləyicilər qarşısında dayanıb.

Pərəstişkarları isə onu bu obrazı daha çox bəyəniblər.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: MK.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri