28 
İyl
2022
01:52
28
118
3376
Virtual karabakh

Məşhur ifaçı pərəstişkarının hədələrindən sonra polisə müraciət etdi - FOTO

28 İyl, 2022
01:52
3376

Məşhur ifaçı pərəstişkarının hədələrindən sonra polisə müraciət etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış amerikalı müğənni Lana Del Rey ondan əl çəkməyən pərəstişkarına görə polisə müraciət edib.

Məlumata görə, Erik Everardo adlı şəxs 37 yaşlı ifaçını dəfələrlə narahat edib. Belə ki, cari ilin fevral ayında o, aktrisanın evinə iki dəfə daxil olub, həmçinin onun “Jaguar” markalı avtomobilini oğurlamağa cəhd edib. Bundan sonra o, polis tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Hadisədən sonra da Everardo sənətçini təqib etməyə davam edib, bir neçə dəfə onun evinin ərazisi yaxınlığında görüntülənib.

Bundan əlavə, cinayətkar Lana Del Reyə və onun bacısına qorxulu məzmunlu məktublar yazmağa başlayıb.

Özünün və ailəsinin təhlükəsizliyindən qorxan artist nəhayət məhkəməyə müraciət edib.

Hazırda şübhəlinin ulduza 90 metrdən yaxın məsafədən yaxınlaşması qadağandır, təqiblə bağlı məhkəmə iclası isə avqust ayında keçiriləcək.

Qeyd edək ki, Lana Del Rey “Video Games”, “Blue Jeans”, “National Anthem”, “Carmen”, “Young and Beautiful”, “Summertime Sadness”, “Love” kimi mahnıları ilə sevilir.

Mənbə: TMZ

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri