20 
Avq
2022
06:48
26
139
8492
Virtual karabakh

Ancelina Colinin Bred Pittlə mübahisəsindən sonra qançır izləri olan fotoları yayıldı – FOTO

20 Avq, 2022
06:48
8492

Ancelina Colinin Bred Pittlə mübahisəsindən sonra qançır izləri olan fotoları yayıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ mediası Ancelina Colinin 2016-cı ildə şəxsi təyyarədə Bred Pittlə mübahisəsi nəticəsində aldığı qançırların fotolarını dərc edib. Ancelinanın əlində və dirsəyində qançırlar olan şəkillər Federal Təhlükəsizlik Bürosunun (FTB) bir neçə gün əvvəl açıqlanan hesabatında yer alıb.

Coli Pitti uçuş zamanı onu və uşaqları təhqir etməkdə, həmçinin onlara qarşı fiziki zorakılıq tətbiq etməkdə günahlandırıb.

Aktrisanın dediyinə görə, sərxoş olan Pitt onu başından, sonra çiyinlərindən tutub silkələyib və divara itələyib. Aktrisanın kürəyində və dirsəyində qançırlar, qolunda sıyrıqlar əmələ gəlib.

Hadisə uşaqları qorxudub. Colinin dediyinə görə, bu hadisədən sonra uşaqlar fiziki və psixoloji travma alıblar.

Məhz bu hadisədən sonra Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib. Həmçinin vəziyyəti araşdırmaq xahişi ilə FTB-yə üz tutub. Hüquq-mühafizə orqanları Pitti günahkar hüsab etməyib. Nəticədə Coli FTB-ni məhkəməyə verib və araşdırmanın təfərrüatlarını əks etdirən sənədlər Qərb mediasında dərc olunub.

Pitt hesab edir ki, Coli bunu bilərəkdən edir, mümkün qədər keçmiş ərini incitmək istəyir.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildən birlikdədirlərş Onlar 2014-cü ildə evləniblər. Toydan iki il sonra Ancelina Coli təyyarədə baş verən insidentdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

Mənbə: spletnik.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri