20 
Avq
2022
08:11
113
84
11850
Virtual karabakh

Brüs Uillisin gənc arvadı Demi Murun çimərlik geyimində görünüb - FOTO

20 Avq, 2022
08:11
11850

Brüs Uillisin gənc arvadı Demi Murun çimərlik geyimində görünüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı aktrisa, model və Brüs Uillisin hazırki həyat yoldaşı Emma Heminq aktyorun keçmiş arvadı, aktrisa Demi Murun kolleksiyasından olan çimərlik geyimində görüntülənib.

Emma müvafiq şəkli sosial şəbəkələrdə paylaşıb.

Heminq Murun “Andie” brendi ilə birgə hazırladığı kolleksiyadan bir nümunəni geyinib. Onun fotosunu aktrisanın özü də paylaşıb.

Qeyd edək ki, Brüs Uillis Demi Mur ilə 1987-ci ildən 2020-ci ilə qədər evli olub. Keçmiş cütlüyün üç qızı var: 34 yaşlı Rumer, 31 yaşlı Skaut və 28 yaşlı Tallulah. 2009-cu ildə aktyor özündən 23 yaş kiçik Emma Heminqlə ailə həyatı qurub. Onların qızı Mabel 2012-ci ildə, Evelin isə 2014-cü ildə anadan olub. Boşanmalarına baxmayaraq, Uillis və Mur dostluq münasibətlərini qoruyub saxlayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri