Noy
2022
03:06
90
13
1261
Virtual karabakh

Cimmi Kimmel 95-ci “Oskar” mərasiminin aparıcısı olacaq

8 Noy, 2022
03:06
1261

Cimmi Kimmel 95-ci “Oskar” mərasiminin aparıcısı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şoumen Cimmi Kimmel ABŞ Kino Akademiyası Mükafatlarının 95-ci təqdimetmə mərasiminin aparıcısı olacaq.

O, tədbiri təklikdə aparacaq.

Son illərdə Oskar həm aparıcısız, həm də üç aparıcı ilə keçirilib.

“Oskar”ı təqdim etmək üçün üçüncü dəvət həm böyük şərəf, həm də tələdir. Ancaq hər halda, bütün layiqli insanlar imtina etdikdən sonra dəvətə görə Akademiyaya minnətdaram”, - deyə Kimmel zarafat edib.

ABC telekanalının əməkdaşı 2017 və 2018-ci illərdə də “Oskar” mərasiminin aparıcısı olub.

Qeyd edək ki, tədbir martın 12-də məhz ABC telekanalında nümayiş olunacaq.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri