11 
Noy
2022
03:20
138
43
5462
Virtual karabakh

Cennifer Lopez 18 il sonra Affleklə necə birləşdiyi haqqında ilk dəfə danışdı - FOTO

11 Noy, 2022
03:20
5462

Cennifer Lopez 18 il sonra Affleklə necə birləşdiyi haqqında ilk dəfə danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktrisa və pop müğənnisi Cennifer Lopez ilk dəfə olaraq Hollivud aktyoru Ben Affleklə 18 il sonra yenidən birləşmək qərarının səbəblərini açıqlayıb.

Müğənninin sözlərinə görə, yenidən ünsiyyət qurmaq təşəbbüsü ilə Afflek tərəfindən olub. Bu, müğənninin məşhur beysbolçu Aleks Rodriqeslə nişanlandığını elan etməsindən sonra baş verib. Həmin vaxt Afflek ona elektron məktubla nişanlanması münasibətilə təbrik edib. Bundan sonra onların ünsiyyəti davam edib, hətta arabir görüşüblər.

Tədricən hər ikisi hisslərinin qaldığının fərqinə varıblar.

“Aydındır ki, biz ictimaiyyət arasında görünmədik. Amma mən əsla əsl sevgimiz olduğunu hiss etdiyim faktını təkzib etmədim. Sevdiklərim bilir ki, o mənim həyatımda çox xüsusi bir insan olub. Yenidən birləşdiyimiz zaman o hisslər hələ də real idi”, - deyə Lopez danışıb.

Xatırladaq ki, Ben Afflek və Cennifer Lopez 2022-ci ilin yayında Nevada ştatının Klark qraflığında evləniblər. Onlafr 18 il əvvəl nişanlı olublar, lakin az sonra ayrılmışdılar.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri