21 
Dek
2022
17:48
82
60
4211
Virtual karabakh

“Avatar: Su yolu” filminin boykot edilməsi üçün çağırış səsləndi: Rejissor ittiham edilir

21 Dek, 2022
17:48
4211

“Avatar: Su yolu” filminin boykot edilməsi üçün çağırış səsləndi: Rejissor ittiham edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı rejissor Ceyms Kemeronun “Avatar: Su yolu” filmi boykot edilə bilər.

Kemeron bu filmdə fərqli mədəniyyətləri mənimsəməkdə ittiham olunur.

ABŞ-nin yerli xalq təşkilatlarından olan fəallar filmin irqçiliyi əks etdirdiyini iddia ediblər.

Navaxo qəbiləsindən olan rəssam və “Indigenous Pride Los Angeles” təşkilatının həmsədri Yue Beqay bununla bağlı sosial mediada müraciət yayıb. Beqay filmi mühakimə edib və potensial tamaşaçıları kinoteatrlara getməməyə çağırıb.

“Bütün dünyada bu dəhşətli və irqçi filmi boykot edən yerli əhaliyə və digər yerli xalqların qruplarına qoşulun”, - deyə o qeyd edib. Beqayın bu paylaşımı 46 mindən çox bəyənmə toplayıb.

Rəssam vurğulayıb ki, rejissor hinduların mədəniyyətini “mənimsəyib” və bununla da  ağdərililərin xilaskar kompleksini təmin etməyə çalışır. Onun fikrincə, baş qəhrəmanların mavi simaları yerli xalqların dəri rənginin irqçi karikaturasıdır. Bundan əlavə, heç bir hindu bu filmdə rol almayıb.

Beqay eyni zamanda Kemeronun özünə də şəxsən müraciət edib. O, rejissora çağırış edib ki, özünü yerli xalqların müdafiəçisi kimi göstərməyi dayandırsın və bunun əvəzinə onları layihələrində işə götürsün.

Mənbə: MK.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri