Yan
2023
06:53
54
103
2579
Virtual karabakh

Ceyms Kemeron açıqlama verdi: “Avatar”ın davamı çəkiləcəkmi?

8 Yan, 2023
06:53
2579

Ceyms Kemeron açıqlama verdi: “Avatar”ın davamı çəkiləcəkmi?

“Avatar” elmi-fantastik blokbasterinin bir neçə yeni hissəsi çəkilə bilər.

Bu niyyəti barədə amerikalı rejissor Ceyms Kemeron açıqlama verib.

“Kris Uolleslə kim danışır?” şousu zamanı rejissor qeyd edib ki, onun meqabüdcəli sikveli “Avatar: Su Yolu” filminin qonorarı dünya prokatı üzrə 1,5 milyard dolları keçərək 2022-ci ilin ən çox gəlir gətirən filmi olub.

“Görünür, filmin indiki nümayiş göstəriciləri ilə biz yaxın bir neçə gündə xərcləri asanlıqla ödəyəcəyik. Buna görə də mən bu işdən uzaqlaşa bilməyəcəm, digər sikvellərini də çəkməliyəm. Mən qarşıdakı altı və ya yeddi il ərzində nə edəcəyimi artıq bilirəm”, - deyə Kemeron qeyd edib.

O həmçinin vurğulayıb ki, “Disney”in aparıcı mütəxəssisləri ilə “Avatar”ın üç yeni hissəsi üzərində işləmək planını müzakirə etməyi planlaşdırır. Rejissor bildirib ki, üçüncü lentin bəzi səhnələri artıq hazırdır və qarşıda zəhmətli təkmilləşdirmə və post-produksiya prosesi dayanır.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri