14 
Apr
2015
17:13
63
167
36236
Virtual karabakh

ATV-nin prezidenti Xoşqədəm Hidayətqızına cavab verdi – AÇIQLAMA

14 Apr, 2015
17:13
36236

ATV-nin prezidenti Xoşqədəm Hidayətqızına cavab verdi – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Və burada da açıq şəkildə göstərilib...”.

ATV telekanalı keçmiş aparıcısı Xoşqədəm Hidayətqızının bu gün keçirdiyi mətbuat konfransında televiziyanın və onun rəhbəri Vüqar Qaradağlıya səsləndirdiyi sərt ittihamlara cavab verib.

Televiziyadan Oxu.Az-a daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:

“Səni Axtarıram” verilişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil. Layihənin 2 müstəsna hüquqi sahibi var. Müəllif  Hüquqları Agentliyi tərəfindən bu sənəd 11.10.2013 tarixdə qeydiyyata  alınıb. Və burada da açıq şəkildə göstərilib ki, 1-ci müstəsna hüquq sahibi Azad Azərbaycan MTRK-dır, 2-ci Xoşqədəm Hidayətqızı və digər hüquqi şəxslər (bura isə daha 3 nəfər aiddir). Bunu verilən şəhadətnamənin ardıcıllıq nömrəsindən də aydın görmək olar. (N-7722 ATV kanalında, N-7723 isə Xoşqədəm xanımdadır). Və buradan da aydın görünür ki, əsas söz sahibi ATV kanalıdır.

2. Bəli, bu səlahiyyətin tam olaraq Xoşqədəm xanıma verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina edib. Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə bu qərara gəlib.

3. Digər tərəfdən veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub.

4. Xoşqədəm xanımın “söhbəti olduğu kimi danışacam” deməsinə gəlincə, bu məqama vaxtı gəldikdə aydılıq gətirilə bilər.

5. Xoşqədəm xanım bildirib ki, bu verlişin gəlirinin 50%-i mənə çatmalı idi. Hər bir razılaşma qanuni müqaviləyə əsaslanmalıdır. 01 oktyabır 2013-cü il tarixində ATV kanalı ilə Xoşqədəm Hidayətqızı arasında bağlanan müqavilənin "maliyə şərtləri və ödəniş qaydaları” hissəsində açıq göstərilib ki, “Səni axtarıram” televizya verilişinin hazırlanmasına və yayım formasında istifadəsinə görə veriilişin ssenari müəllifi və aparıcısı Xoşqədəm Hidayət qızı Baxşəliyevaya əməkhaqqı ödənişi onunla “Azad Azərbaycan” MTRK arasında bağlanmış 0208.2012-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq həyata keçirilir.

Həmin müqavilənin 3.2-ci bəndində isə açıq şəkildə yazılır ki, “Tərəflərin qarşılıqlı razılığı ilə “Səni axtarıram” televiziya verilişinin hazırlanmasına və ATV-də yayımına görə verlişin ssenari müəllifi və aparıcısına qonarar ödənilməyəcək.

6. O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlardır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layıhədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri