16 
İyn
2023
13:36
36
109
2532
Virtual karabakh

Aygün Kazımovanın mahnısı Qorqudun ifasında yeni versiyada - VİDEO

16 İyn, 2023
13:36
2532

Aygün Kazımovanın mahnısı Qorqudun ifasında yeni versiyada - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 16-dan etibarən Qorqud və Nərmin Kərimbəyovanın ifasında Aygün Kazımovanın məşhur “Qoy işığı söndürüm” mahnısının yeni versiyası bütün musiqi platformalarında və “YouTube” kanalında yayımlanıb.

Qorqudun sözlərinə görə, o, Aygün Kazımovanın yaradıcılığını çox sevdiyi üçün həmişə bu mahnını remeyk etmək arzusunda olub. Onun bu mahnı ilə bağlı çoxlu xatirələri var. Mahnı 2000-ci ildə çıxmasına baxmayaraq, bu gün də sevilir, dinlənilir.

“Qoy işığı söndürüm” mahnısı üçün Nərmin Kərimbəyova Qorqudun təklifini qəbul edərək, layihədə iştiraka razılıq verib və ona dəstək olub.

Qeyd etmək istərdik ki, Qorqudun yaradıcılığı 2015-ci ildə yarımfinaladək yüksəldiyi “The Voice of Azerbaijan” layihəsi ilə başlayıb.

Çətinliklərə baxmayaraq, o, uzun fasilədən sonra Qorqud təxəllüsünü götürərək, hər şeyə sıfırdan başlayır və “Bağışla” onun yeni solo karyerasında əsas mahnı olur.

Eyni zamanda, Qorqud 2023-cü ilin iyulunda Belarusda keçiriləcək “Slavyanskiy Bazar” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri