26 
Okt
2023
19:58
28
270
4307
Virtual karabakh

İlahə İbadova: “Keçmiş ərim dörd aylıq uşağımıza əl qaldırırdı” - VİDEO

26 Okt, 2023
19:58
4307

İlahə İbadova: “Keçmiş ərim dörd aylıq uşağımıza əl qaldırırdı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qadın çox vaxt mübahisə anında döyülür. Adətən ailə münaqişəsində qadın düzü deyəndə kişi həzm edə bilmir”.

Bu sözləri müğənni İlahə İbadova verilişlərin birində şiddətə məruz qalan qadınlardan danışarkən deyib.

Onun sözlərinə görə, şiddət görən qadınlardan biri də özü olub.

“Əməllərinə dözdüm. Əvvəl maşında da əl qaldırmışdı. Televiziyada işləyən operatorlar da gördülər. Səbir etdim. Son dəfə 4 aylıq uşağa əl qaldırdığı üçün bitirdim. Bəlkə də məni vursa, dözüb, səbir edərdim. Amma qız uşağına görə keçə bilmədim. Xahiş etdim ki, uşağı ya yellə, ya da mənim qucağıma qoy. O da yellədi, uşaq susmadığı üçün onu döyməyə başladı”, - deyə müğənni bildirib.

Qeyd edək ki, İlahə İbadova “Azəri Star” yarışmasının iştirakçısı olan Mirsaleh Əliyevlə ailəli olub. Onların Ayan adlı 1 qızı var.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri