28 
Noy
2013
09:25
22
53
5478
Virtual karabakh

Ana olmağa hazırlaşan müğənnimiz boşanır?

28 Noy, 2013
09:25
5478

Ana olmağa hazırlaşan müğənnimiz boşanır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Günaha bata bilməzdim”.

Müğənni Lalə Məmmədova ilk dəfə ailəsinin dağılmasından və hamiləliyindən danışıb.

Oxu.Az xəbər verir ki, Lider kanalında yayımlanan “Pərdə” verilişində bu dəfə Lalə Məmmədovanın müsahibəsi bütün izləyiciləri şoka salıb.

8 aylıq hamilə olan müğənni həyat yoldaşının xəyanətindən sonra ilk dəfə kameralar qarşısında bununla bağlı sualları cavablandırıb.

Lalə xanım söyləyib  ki, həyatının çətin bir zamanında övladı olacağını bilib. Bir anlıq qərarsız olsa da, seçimi övladı olub.

“Günaha bata bilməzdim. Xəyanət edən kişi üçün əgər duz çörəyin əhəmiyyəti yoxdursa,  bir dəfə onu bağışlamaqla heç nə düzəlmir. İnanın ki, o, dəfələrlə sizə xəyanət edəcək. Barmaqlarınızı dişləyin, ac-susuz qalın, amma o insana dönməyin.

Əgər qadın doğurdan da kişini yanında saxlamaq istəyirsə, bacaracaq. Əgər qadına o kişi lazım deyilsə, onda heç cəhd də etməyəcək. Övladım dünyaya gəlsin ondan sonra ailəmin davam edib-etməyəcəyi barədə düşünərəm. Sona qədər mahnılarımla məni sevənlərin hüzurundayam”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri