17 
Mar
2024
16:38
82
152
3583
Virtual karabakh

Seda Sayan boşanır?

17 Mar, 2024
16:38
3583

Seda Sayan boşanır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ildə Beşiktaşdakı lüks hoteldə ailə quran məşhur türkiyəli müğənni Seda Sayan bu günlərdə həyat yoldaşı Çağlar Öktendən boşanacağı ilə bağlı xəbərlərlə gündəm olub.

Aparıcılıq etdiyi proqramda yayılan xəbərlərə üsyan edən Sayan ayrılıq iddialarına son qoyaraq diqqətçəkən açıqlamalar verib.

O qeyd edib ki, evləndikdən sonra Ökten soyadını götürüb, lakin rəsmi prosedurlarda yaşadığı problemlərə görə məhkəmə qərarı ilə yenidən əvvəlki soyadına qayıdıb.

Müğənni bu hadisənin “yanlış başa düşüldüyünü” bildirib.

“Belə bir şey yoxdur. Bu xəbərləri haradan alırsınız? Hamımızın ailələri var. Belə şeylər etməyin. Aramızda heç nə yoxdur. 2 il yarımdır bir yerdəyik. Biz hələ bir-birimizə “get” deməmişik. Üstəlik sevgimizi hamı görür. Bu sevgidən nə istəyirlər?”, - deyə etiraz edib.

Mənbə: kaleninsesi.com

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri