18 
Mar
2024
14:24
24
163
4929
Virtual karabakh

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

18 Mar, 2024
14:24
4929

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İlk evliliyim alınmadı, ikinci dəfə ailə həyatı qurdum”.

Bunu “Qaynarinfo”ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu ikinci dəfə ailə qurmasından danışarkən deyib. 

Sənətçi bildirib ki, buna görə kimisə ittiham etmək düzgün deyil:

“Həyatdır, heç kəs bilmir sabah başına nə gələcək. Adam ailə həyatı quranda taleyinin necə nəticələnəcəyini bilsəydi, nə var idi ki... Ona görə - “filankəs boşandı, filankəs yenidən evləndi”, - deyə kimisə ittiham eləmək düzgün deyil”. 

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu telekanalların birində birinci evliliyinin alınmaması və ikinci dəfə ailə qurması ilə bağlı açıqlama verib. Onun bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri