19 
Apr
2024
01:36
7
230
2242
Virtual karabakh

Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”

19 Apr, 2024
01:36
2242

Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Emilin vəfatından sonra yatmıram”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov verilişlərin birində qonaq olarkən deyib.

O, müğənni Aydın Saninin ifası zamanı mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayıb:

“Bundan əvvəl iki dəfə bu verilişə qonaq gəlmişəm və hər ikisində Emillə bağlı danışmışam. Mahnını dinləyərkən o yadıma düşdü”.

Aktyor, aparıcı Mətanət Əlverdiyevanın ”Emili heç yuxuda görmüsünüz?” sualına isə belə cavab verib: 

“Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma”.

Qeyd edək ki, Emil Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri