25 
Apr
2024
21:47
98
35
7395
Virtual karabakh

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

25 Apr, 2024
21:47
7395

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib. 

“Unikal” xəbər verir ki, müğənni “Firuza İbadova Cavanşir Məmmədov üçün səhnəyə əlvida dedi” başlıqlı xəbərin yalan olduğunu bildirib. 

“Mən Cavanşir Məmmədovdan sonra səhnəni heç kimlə paylaşa bilmərəm, mən duet oxumağa əlvida demişəm, səhnəyə deyil! Mən sənətimi, səhnəni sevirəm və heç vaxt tərk edə bilmərəm! Əksinə, onun ruhu şad olsun deyə, nəğmələrimizi yaşadacağam”, - deyə Əməkdar artist açıqlamasında deyib. 

Qeyd edək ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də dünyasını dəyişib

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri