11 
Dek
2013
17:00
5
13
2265
Virtual karabakh

Müğənninin qohumu təcavüz etməkdə günahlandırılır

11 Dek, 2013
17:00
2265

Müğənninin qohumu təcavüz etməkdə günahlandırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranə İlkinin əmisi oğlu Ceyhun Vəliyev dayəyə təcavüz edib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, müğənni İranəyə qarşı 7 il evində dayə işləyən Aygün Xələfova şok iddia qaldırıb. Şikayətçinin dediyinə görə, İranənin razılığı ilə onun əmisi oğlu Ceyhun Vəliyev qadına təcavüz edib.

Hamilə qalan Aygün müğənninin evindən qaçıb. İndi isə qucağında uşaqla qalan dayə həm İranəyə, həm də onun əmisi oğluna qarşı ciddi ittihamlar irəli sürür.

Müğənni deyilənlər barədə açıqlama verib.

İranə deyib ki, evində dayə işləmiş A.Xəlilovanın söylədikləri cəfəngiyatdır: “Haqqımda yazılanları bir az olar ki, oxumuşam. O, xanımın dedikləri yalandır. Onun söylədiyi Ceyhun mənim əmimoğlu yox, əmimin nəvəsidir. Zorlamaq söhbəti olmayıb. Sadəcə, mən bilmədən gedib gizlicə onunla görüşüb, uşağı olub. Elə o vaxtdan da yapışıb məndən. İndi məndən istədiyi yəqin ki, puldur”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri