Noy
2015
16:10
31
82
14197
Virtual karabakh

Votsap, yutub, quql: Düzgün yazılış qaydası açıqlandı – SİYAHI

6 Noy, 2015
16:10
14197

Votsap, yutub, quql: Düzgün yazılış qaydası açıqlandı – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yazılış qaydaları müəyyənləşdirilib.

Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. 

S. Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.

Oxu.Az sözlərin siyahısını təqdim edir. 

Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.

"skype" - skayp
 
"site" - sayt
 
"provider" - provayder 
 
"facebook" - feysbuk
 
"twitter" - tvitter
 
"instagram" - instaqram
 
"e-mail"- imeyl
 
"youtube" - yutub
 
"messenger" - mesencer
 
"whatsapp" - votsap
 
"line" - layn
 
"viber" - vayber
 
"google" - quql
 
"yandex" - yandeks
 
"wi-fi" - vayfay

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri