Dek
2015
11:52
16
9
1093
Virtual karabakh

Azərbaycanlı alimlər İzmirdə keçirilən beynəlxalq simpoziumda iştirak etdilər

2 Dek, 2015
11:52
1093

Azərbaycanlı alimlər İzmirdə keçirilən beynəlxalq simpoziumda iştirak etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan - Türkiyə əlaqələrinin dünyada bənzəri yoxdur”.

Noyabrın 26-28-də Türkiyənin İzmir şəhərində Atatürk Araşdırma Mərkəzi (ATAM) və  Dokuz Eylül Universitetinin Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Türkiyə Respublikasının iqtisadi və sosial tarixi” mövzusunda beynəlxalq simpozium keçirilib.

Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun Oxu.Az-a verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun başçılığı ilə institutun əməkdaşları – elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktorları İradə Məmmədova, Bəxtiyar HəsənovMahir Qəribov beynəlxalq simpoziumda çıxış ediblər.

Azərbaycan tarixçiləri Cəbi Bəhramov və İradə Məmmədova simpoziumun ayrı-ayrı bölmələrinə sədrlik ediblər.

Simpoziumun açılış və bağlanış mərasimlərində çıxış edən AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Türkiyə Respublikasının iqtisadi və ictimai inkişafından, Türkiyə Qurtuluş Savaşı zamanı Azərbaycan - Türkiyə iqtisadi əlaqələrindən, müstəqilllik dövründə Azərbaycan və Türkiyə respublikaları arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsindən söz açmış, Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün bütün maneələrin aradan qaldırılmasını tövsiyə etdiyini, hal-hazırda isə Türkiyə ilə iqtisadi əlaqələrin hərtərəfli inkişaf etdiyini  bildirib və çıxışını Prezident İlham Əliyevin “Azərbaycan - Türkiyə əlaqələrinin dünyada bənzəri yoxdur” sözləri ilə yekunlaşdırıb.

Simpozium zamanı Tarix İnstitutunun əməkdaşları Manisaya gedərək, İkinci Dünya müharibəsi dövründə əsir alınaraq, Avropanın bir çox ölkələrində yaşayan, sonra isə Türkiyənin Manisa şəhərinə köçərək burada məskunlaşan 94 yaşlı Səttar Bakılını ziyarət edib, onun Vətən sevgisi ilə dolu xatirələrini dinləyib və onun haqqında İctimai TV-nin (İTV) TRT ilə birlikdə hazırladığı sənədli filmin çəkilişində iştirak ediblər.

Noyabrın 28-də simpozium iştirakçıları İzmirin tarixi abidələrini ziyarət ediblər.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri