26 
Dek
2015
11:55
12
177
2590
Virtual karabakh

Ölkəmizdə 240 mindən çox şəkərli diabet xəstəsi var

26 Dek, 2015
11:55
2590

Ölkəmizdə 240 mindən çox şəkərli diabet xəstəsi var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il 33 tondan çox qan tədarük edilib.

Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 240 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə yeridilir. 

Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

Nazirlikdən qeyd ediblər ki, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir.

Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə 2015-ci ildə bu rəqəm 33 tondan çox olub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri