19 
May
2016
20:26
14
200
8578
Virtual karabakh

Qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı son məlumat

19 May, 2016
20:26
8578

Qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı son məlumat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təyyarə əsaslı təmirdən sonuncu dəfə 1991-ci ildə keçib.

Əfqanıstanın Gilmənd əyalətində Dvayer hava limanında qəzaya uğrayan Azərbaycanın”Silk Way” aviaşirkətinə məxsus An-12 yük təyyarəsinin istismar müddəti 2016-cı ilin oktyabrın ayında bitməli idi.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfax-Ukrayna”ya “Antonov” dövlət müəssəsindən məlumat verilib.

““Antonov” şirkətində olan son məlumata əsasən, göyərtə nömrəsi 4К-AZ25, zavod №3341209 olan An-12B təyyarəsi V.Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyində 19 iyul 1963-cü ildə inşa edilib. Təyyarənin istismar müddəti bu ilin oktyabrın ayında bitməli idi”, - şirkətin mətbuat xidmətindən nəşrin sorğusuna cavab olaraq bildirilib.

Təyyarə əsaslı təmirdən sonuncu dəfə 1991-ci ildə keçib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri