Okt
2016
12:09
149
29
2972
Virtual karabakh

Jurnalist Xədicə İsmayıl ölkədən çıxmaq üçün müraciət edib

6 Okt, 2016
12:09
2972

Jurnalist Xədicə İsmayıl ölkədən çıxmaq üçün müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Xədicə İsmayıl sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Xədicə İsmayılın vəkili Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, X.İsmayıl beynəlxalq konfransda iştirak etmək üçün ölkədən çıxmaq istəyir. Bunun üçün o, Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Mayın 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, daha əvvəl də X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri