Noy
2016
17:18
116
64
15743
Virtual karabakh

Vidadi Bərdəlinin qətldə təqsirləndirilən oğluna hökm oxundu

1 Noy, 2016
17:18
15743

Vidadi Bərdəlinin qətldə təqsirləndirilən oğluna hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətldə təqsirləndirən mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Oxu.Az-ın Lent.az-a istinadla məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər Kollegiyasının hökmünə əsasən, Tural Allahverdiyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.

Bəlli olub ki, müğənninin oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə, M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.

Dünən T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb. 

O, Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri