Yan
2017
09:14
38
604
46054
Virtual karabakh

Nurayın fəryadı – VİDEO

7 Yan, 2017
09:14
46054

Nurayın fəryadı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdə Nurayı illər əvvəl anası ilə birgə tərk edən atasına məcburi verilməsi yer alıb.

Kadrlardan görünür ki, Nurayı xalasından zorla ayırmaq istəyirlər. Quba məhkəmə icraçıları onun azyaşlı olmasını belə nəzərə almır.

Artıq minlərlə sosial şəbəkə istifadəçisi ürək ağrısıyla qızcığazın fəryadını əks etdirən videonu paylaşıb. Onların arasında millət vəkili Qənirə Paşayeva da var. O da digərləri kimi sözügedən kadrları sona qədər izləyə bilmədiyini qeyd edib:

“Neçə dəqiqədir özümə gələ bilmirəm. Lütfən, uşaqlarla belə davranmayın. Təcili olaraq rayonun bu məsələyə aidiyyəti olan rəsmi qurumları, Ombudsman İnstitutu, Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı ciddi araşdırma aparmalıdır. Videoya sona qədər baxa bilmədim. Şəxsən bir millət vəkili olaraq, bir insan olaraq, mən də bu uşağın taleyi ilə maraqlanacağam. Uşağın fəryadı hələ də qulaqlarımdan getmir. Lazımi tədbirlərlə yanaşı, ailə məsələləri, uşaq hüquqları və s. ilə bağlı ciddi maarifləndirmə proqramları artırılmalıdır. Bəsdir artıq televiziyalarda çalıb-oynamaq... Maarifləndirmə istiqamətində ciddi proqramların artmasına ehtiyac var ki, bu cür mənzərələr ürəkləri dağlamasın”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri