17 
Mar
2014
15:42
21
69
5950
Virtual karabakh

Əsgərimiz şəhid oldu

17 Mar, 2014
15:42
5950

Əsgərimiz şəhid oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həsənov düşmən gülləsinə tuş gəlib.

Azərbaycan Ordusu şəhid verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 20 yaşlı Həsənov Elvin Çingiz oğlu düşmən gülləsinə tuş gəlib.

Güllə yarası alan əsgər şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri