25 
Mar
2014
12:48
112
123
34209
Virtual karabakh

Suriyada azərbaycanlılar pusquya salınaraq öldürüldülər - VİDEO (18+)

25 Mar, 2014
12:48
34209

Suriyada azərbaycanlılar pusquya salınaraq öldürüldülər - VİDEO (18+)

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həlak olanlar arasında Türkiyə vətəndaşları da var.

Suriyada İŞİD qruplaşmasının üzvləri olan 25 nəfər döyüşçü pusquya düşüb. 

Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki,  Suriyada döyüşən mücahidlərə məxsus saytın yaydığı məlumatda pusqu zamanı əksəriyyətini azərbaycanlıların təşkil etdiyi 13 qruplaşma üzvünün həlak olduğu qeyd olunub. 

Digər qrup üzvlərinin isə sağ qaldığı bildirilir.

Hadisə zamanı Suriyada döyüşən iki türk döyüşçü də həlak olub. Həlak olan türk döyüşçülərinin adlarının İnegöllü Ebu İsmail və Ankaralı Mustafa olduğu qeyd olunub. İnegöllü Ebu İsmail evli olduğu, 2 ay əvvəl Suriyaya getdiyi məlum olub. 

Həlak olanların “YouTube”da videosu yayılıb. Videoda qruplaşmalar arasında atışmanın baş verdiyindən bəhs edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri