Apr
2017
11:26
22
232
18791
Virtual karabakh

Ərinin qardaşı qızı ilə qaçdığını deyən qadın: Məni öldürə bilərlər

6 Apr, 2017
11:26
18791

Ərinin qardaşı qızı ilə qaçdığını deyən qadın: Məni öldürə bilərlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyat yoldaşının qardaşı qızıyla qaçdığını deyən Həmidə Səfərova atası evindən çıxıb.

Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə əməkdaşımızla söhbətində H.Səfərova özü məlumat verib.

Əməkdaşımızın “bu cür qarşılıqlı ittihamlardan sonra ora qayıtmağınız təhlükəli deyilmi” sualını H.Səfərova belə cavablandırıb:

“Hazırda yoldayam, Gəncəyə - evimə gedirəm. Vəziyyətim çox ağırdır, üçüncü övladımın səhhətində problemlər var. Yoldaşım ortaya çıxsın, övladlarına sahib dursun, ya da aliment ödəsin. Evdən çıxanda ailəmə də demişəm ki, telefonuma zəng çatmasa, bilin ki, orada məni öldürüblər. Hər şeyə hazıram və bilirəm ki, məni öldürə də bilərlər. Ancaq aidiyyəti qurum rəhbərlərindən xahiş edirəm, aliment almağımda, digər məsələlərdə mənə yardımçı olsunlar”.

Qeyd edək ki, Həmidə Səfərova əri Həsən Səfərovun ona öz qardaşı qızı Günel Səfərova ilə xəyanət etdiyini və qoşulub qaçdığını bildirmişdi. Həsən Səfərov isə həyat yoldaşının iddialarını təkzib etmiş və yoldaşının ona başqalarıyla xəyanət etdiyini iddia etmişdi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri