10 
May
2017
11:14
21
555
20919
Virtual karabakh

Sumqayıtda ana və körpəsinin ölümünün ilkin səbəbi açıqlanıb – YENİLƏNİB

10 May, 2017
11:14
20919

Sumqayıtda ana və körpəsinin ölümünün ilkin səbəbi açıqlanıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınan ana və körpə ölümünün ilkin səbəbləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova Report-a açıqlamasından bildirib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərovanın üçüncü övladını dünyaya gətirmək üçün xəstəxanaya gəlib.

Onun sözlərinə görə, G.Əkbərova Sumqayıt şəhərindəki 3 saylı Qadın Məsləhətxanasında antonatal qeydiyyatda olub: “Bu onun 18 ildən sonra 3-cü hamiləliyi olub. Bu yaş da onun üçüncü hamiləliyi üçün ciddi təhlükə yaradıb. Evdə iki övladı da olub. O, Doğum evinə müraciət edən zamanı artıq doğuş olub. Körpənin ürək döyüntüləri tək-tək olduğu üçün doğuşdan qısa zamandan sonra tələf olub. Anada isə uşaqlığın yığılma qabiliyyəti pozularaq qanaxma başlayıb. Qan köçürülmə olsa da, onun həyatını xilas etmək mümkün olmayıb”.

S.Məmmədova deyib ki, ana və uşaq ölümünün dəqiq səbəbləri Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Mərkəzinin yekun rəyindən sonra məlum olacaq: “Çünki ola bilsin ki, qadının hansısa xəstəliyi olub və hamiləlik zamanı aparılan müalicələr müsbət nəticə verməyib”. 

Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzindən verilən məlumata görə, meyit artıq müayinə olunub və nəticələr 10 gündən sonra məlum olacaq.

09.05.2017 (13:19)

Sumqayıt şəhərində doğuş zamanı ana və körpəsi ölüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.

Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər. Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri