18 
May
2017
10:12
10
231
2436
yuxarı
Şəkidə uşağı sahibsiz it dişləyib
18 May, 2017
10:12
2436
10
231
Şəkidə uşağı sahibsiz it dişləyib
Şəkidə azyaşlı sahibsiz itin hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 17-də rayonun Kiş kənd sakini, 2008-ci il təvəllüdlü Tunar Murad oğlu Alıyev it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, uşaq küçədə oynayarkən sahibsiz it hücum edərək, sol sağrı nahiyəsindən dişləyib. Tunar Alıyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək