İyl
2017
19:12
521
154
12745
Virtual karabakh

İki yaşlı Zəhranın xatirəsinə təyin olunmuş yürüş təxirə salınıb – YENİLƏNİB

5 İyl, 2017
19:12
12745

İki yaşlı Zəhranın xatirəsinə təyin olunmuş yürüş təxirə salınıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısında keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınıb.

Bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Xəbər verildiyi kimi, bir sıra gənclər təşkilatı 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdi.

Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir. Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər”, - deyə nazirlikdən qeyd olunub.

16:10

Sabah 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar çoxsaylı gənclər təşkilatları tərəfindən yürüş keçiriləcək. 

Oxu.Az-ın məlumatına əsasən, yürüş Bridge Plazadan başlayacaq. 

Gənclər saat 11:00-da Rusiya səfirliyinin, 11:20 Amerika səfirliyinin, 12:00-da Fransa səfirliyinin qarşısından keçəcəklər.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri