İyl
2017
00:12
304
27
4813
Virtual karabakh

Dünya mətbuatı Alxanlıdakı cinayətdən yazır – FOTO

7 İyl, 2017
00:12
4813

Dünya mətbuatı Alxanlıdakı cinayətdən yazır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniya, Bolqarıstan və Xorvatiya KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri qanlı cinayətdən yazır.

Oxu.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Rumıniyanın “Amosnews” xəbər agentliyi, “Romania TV” televiziyası, Bolqarıstanın “Fokus” xəbər agentliyi və nüfuzlu “Standard” qəzeti, Xorvatiyanın “HİNA” milli xəbər agentliyi və digər qəzetlər hadisə ilə bağlı ətraflı məlumatlar yayıb. 

Qeyd edilib ki, iyulun 4-də axşam saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 82, 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. 

Bu təxribat nəticəsində kənd sakinləri Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı, onun nəvəsi Quliyeva Zəhra Elnur qızı həlak olub, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaq xəstəxanaya çatdırılıb. 

Atəş nəticəsində mülki obyektlərə və evlərə ciddi ziyan dəyib. Azərbaycanın hadisə ilə əlaqədar mövqeyi təqdim edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri