11 
Sen
2017
11:28
217
39
43117
Virtual karabakh

İlham Əliyev Mehman Əliyevin həbsinə reaksiya verdi

11 Sen, 2017
11:28
43117

İlham Əliyev Mehman Əliyevin həbsinə reaksiya verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mötəbər mənbələrdən aldığımız məlumata görə, “Turan” informasiya agentliyinin baş direktoru Mehman ƏIiyev, həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. 

Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri