12 
Sen
2017
14:38
14
109
3707
Virtual karabakh

Güclü külək və yağış Zaqatalada fəsadlar törədib – FOTO

12 Sen, 2017
14:38
3707

Güclü külək və yağış Zaqatalada fəsadlar törədib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada güclü küləklə müşahidə edilən yağış rayonun bəzi ərazilərində fəsadlar törədib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, axşam saatlarından başlayan güclü külək və yağış Zaqatalanın 3-cü Tala, Yolayrıc, Muğanlı kəndlərində müəyyən fəsadlara yol açıb.

Nəticədə 20-dən çox tövlə və altıaçıqların dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib. Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda kənd sakinləri və aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar. Zaqatala Elektrik Şəbəkədən verilən məlumata görə, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri