13 
Sen
2017
09:00
9
104
1971
Virtual karabakh

Samuxda iki qardaş bıçaqlandı

Samuxda bıçaqlanma olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri 1990-cı il təvəllüdlü Xəyal və 1989-cu il təvəllüdlü Vüsal Məmmədov qardaşları bıçaqlanaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qardaşlar toyda həmkəndliləri tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

A.S.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri