15 
Sen
2017
10:53
136
31
1835
Virtual karabakh

Azərbaycanda çimərlik mövsümü başa çatdı

15 Sen, 2017
10:53
1835

Azərbaycanda çimərlik mövsümü başa çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün rəsmi şəkildə Azərbaycanda çimərlik mövsümü başa çatır.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov Modern.az-a məlumat verib: “İyunun 15-dən sentyabrın 14-dək boğulma təhlükəsi ilə üzləşən 193 nəfər xilas edilib. Xilas edilənlərdən 61 nəfəri qeyri-çimərlik ərazilərində, 132 nəfəri xidmətin nəzarətindəki ərazilərdə olub. Hansı ki, xilasedicilər və xilasedici texniki avadanlıqlarla təchiz edilib”.

E.Həsənov qeyd edib ki, xilas müddətində əməkdaşların xəsarət alması faktı qeydə alınıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri