18 
Sen
2017
15:00
114
46
2935
Virtual karabakh

Metroda sərnişinlər üçün xoş mənzərə - VİDEO

18 Sen, 2017
15:00
2935

Metroda sərnişinlər üçün xoş mənzərə - VİDEO

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirib. Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi günü kimi qeyd edilir. 

Oxu.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bu münasibətlə metronun “İçərişəhər” stansiyasında artıq ənənə halını alan musiqili proqram təşkil olunub. 

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təşkil edilib. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilib.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq: 

- “İçərişəhər” stansiyası – saat 12:00-13:30; 
- “28 May” stansiyası – saat 13:00-14:30; 
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30; 
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri